AÇIQ DƏRS – 22.10.2025

22 oktyabr 2025-ci il tarixində Fizika kafedrasının  dosenti İmanov Rizvan Məhəmmədəli oğlunun    IV kurs Fizika müəllimliyi ixtisasında Bərk cisimlər fizikası fənnindən “Rentgen şüalarının difraksiyası üçün Laye və Breq – Vulf şərti” mövzusunda mühazirə açıq dərsi olmuşdur.

Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekan müavini dos.Mətanət Tağıyeva, Fizika kafedrasının müdiri, tədris prosesinə nəzarət komissiyasının üzvü dos. Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən dos.Səyyarə İsgəndərova,   f.f.d. b/m. Sevinc İmanova və müəl. Əfsanə Dəmirova iştirak etmişlər.

Metodik təminatı (mühazirə mətni, sillabus, proqram) tələblərə uyğun olan mühazirədə müəllim psixoloji və pedaqoji üsullardan istifadə edərək tələbələrin dərsə olan marağını artırmış, yeni üsul və metodlar tətbiq etməklə tələbələrin fəallığına, onların məmnunluğuna və eləcə də məqsədinə nail olmuşdur.

Dərs qənaətbəxş qiymətləndirilmişdir.