Praktik xarici dillər kafedrasının müəllimu Salahova Yeganə Həsən qızının Təsviri incəsənət müəllimliyi II kursunda “Xarici dildə Akademik kommunikasiya” fənnindən açıq dərsi keçirildi.

23 oktyabr 2025 ci il tarixində Praktik xarici dillər kafedrasının müəllimu Salahova Yeganə Həsən qızının Təsviri incəsənət ixtisası üzrə II kurs tələbələri ilə Xarici dildə Akademik kommunikasiya fənnindən Speakout pre-intermadiate 5.1 Fantastic film trips mövzusunda açıq dərs keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos. Mətanət Tağıyeva, kafedranın müəllim heyəti üzvlərindən 2 nəfər iştirak etdilər .

Müəllimə dərsə yaxşı hazırlaşmışdı dərsin bütün mərhələlərində tələbələr və müəllimlər fəal idi. Dərs normal keçdi. Müəllimə dərsin mövzusuna aid slayd nümayiş etdirdi.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə açıq dərs yüksək qiymətlə qənaətbəxş qiymətləndirildi.