






27 oktyabr 2025-ci il tarixində Fizika kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Məmmədova Südabə Oqtay qızının III kurs Fizika müəllimliyi ixtisasında Fundamental fiziki anlayların formalaşması fənnindən “ Qüvvə və sahə anlayışlarının formalaşması” mövzusunda açıq dərsi keçirildi.
Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekanı prof. Muğan Quliyev, kafedra müdiri dos.Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən dos.Vaqif Rüstəmov., dos. Sabir Əliyev,, f.f.d.b/m.Aysel Həmzəyeva., p.f.d. b/m. Samirə Rüstəmova., b/m. İlhamə Mövsümova., müəl. Tünzalə Tahirova iştirak etmişdilər.
b/m.Südabə Məmmədova dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı. O, mövzunun izahı zamanı tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.
Dərs qənaətbəxş qiymətləndirilmişdir.