ALLAH RƏHMƏT ELƏSİN!

Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər fakültəsinə ağır itki üz vermişdir. Gəncə Dövlət Universiteti kollektivi dərin hüznlə bildirir ki, Təsviri İncəsənət kafedrasının aparıcı baş müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, qabaqcıl təhsil işçisi, istedadlı rəssam və pedaqoq, Əbülfət Paşa oğlu Məhərrəmov vəfat etmişdir.

Əbülfət Məhərrəmov uzun illər Gəncə Dövlət Universitetində pedaqoji fəaliyyət göstərərək gənc rəssamların yetişməsində, onların yaradıcılıq qabiliyyətlərinin formalaşmasında mühüm rol oynamışdır. O, sənətə, təhsilə və tələbələrə olan səmimi münasibəti, pedaqoji ustalığı və insani keyfiyyətləri ilə kollektivin və tələbələrin dərin hörmətini qazanmışdır.

Əbülfət müəllimin zəngin yaradıcılığı və sənətə töhfələri Azərbaycan incəsənətinin inkişafında xüsusi yer tutur. Onun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Ruhu şad olsun, yeri cənnətlik olsun. Allah rəhmət eləsin.

GDU – nun Fizika və  Texniki fənlər fakültəsinin professor – müəllim və tədris – köməkçi heyəti böyük hüznlə ailəsinə  və yaxınlarına baş sağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN!