[metaslider id=4347]
21 may 2018 – cı il tarixdə “ÜTF və texnologiya” kafedrasının baş müəllimi Verdiyeva Təranə Zahid qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə II kurs tələbələri ilə “Perspektiva” fənnindən “Kölgənin perspektivinin qurulması” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, Fizika kafedrasının müdiri, dos.N.Quliyev., ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən: b/m- K.Məmmədov., b/m-G.Hüseynova., b/m-M.Sadıxova., kabinə müdiri – Ə.Qurbanova., tədris ustası – A.Hüseynzadə., tədris ustası – T.Hüseynova iştirak etdilər.
b/m.T.Verdiyeva ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektordan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, tələbələri bu sorğuya cəlb etdi.
Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən açıq dərs 28 balla “əla’” qiymətlə qiymətləndirildi.