





28 oktyabr 2025- ci il tarixdə “ÜTF və texnologiya kafedrasının” baş müəllimi, texnika üzrə fəlsəfə doktoru verdiyeva Təranə Zahid qızının I kurs “Texnologiya müəllimliyi” ixtisasında “QRAFİKA” fənnindən “Çertoj xətləri, ölmüləri və yazı şriftləri. Miqyaslar.” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsini dekan müavini dos. Mətanət Tağıyeva., GDU rektorunun nümayəndəsi dos. Cəfər İbrahimov, ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən dos. Gülçimən Əhədova., p.f.d.b/m. Gülbəniz Hüseynova., dos.(attestatsız) Bahar Hacıyeva., b/m. Afət Əliyeva., müəl.Samirə Əhmədova., müəl.İradə Seyidova., müəl.Afət Məmmədzadə iştirak edirdilər.
Təranə Verdiyeva dərs prosesində yeni mövzunun izahı zamanı əyanilik prinsipinə və müasir kommunikasiya texnologiyalarından istifadə etdi. Dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən qonaqları və professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.