








3 noyabr 2025-ci il tarixdə II tədris binasında Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər və Pedaqoji fakültələrinin birgə gənc fəal tələbələrinin iştirakı ilə “8 Noyabr” Zəfərin səsi adlı tədbir keçirilmişdir.
Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dos.Gülsüm xanım Fətəliyeva, Fizika və Texniki fənlər fakültəsinin dekanı prof. Muğan Quliyev və Fizika kafedrasının müdiri dos. Yahya Namazov çıxış etmişdir. Sonra isə tələbələrin bir – birindən gözəl səhnələri və çıxışları yer almışdır.