




06 Noyabr 2025-ci il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının baş müəllimi Kazımova Səriyyə Eyvaz qızının III (2) kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Kompozisiyanın əsasları” fənnindən “Reklam plakatının işlənməsi. Bölmə: Reklam plakatının ilkin eskizinin işlənməsi” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı prof. Muğan Quliyev, Təsviri incəsənət kafedrasının müdiri, dos. Mərdan Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindən b/m.p.f.d. Lalə Cahangirova., b/m. Xəyalə Musayeva, müəl. Aybəniz Məmmədova., müəl.Ayşə Məmmədova iştirak edirdilər.
Açıq dərsin təşkilati hissəsi çox yaxşı idi. Müəllim dərsə çox yaxşı hazırlaşmışdı. Reklam plakatının həm əyani nümunələrini həm də elektron formalarlını nümayiş etdirdi. Müəllimin mövzu haqqında verdiyi məlumatlar qənaətbəxş idi.
Ümumilikdə dərs müasir tələbələrə cavab verən şəkildə aparıldı. Ona görə keçirilən açıq dərsdi qənaətbəxş hesab etmək olar.
M
Keçirilən açıq dərs tələbə və müəllim heyəti tərəfindən yüksək qiymətləndirilərək qənaətbəxş hesab edildi.