09 fevral 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika kafedrasının növbəti elmi seminarı keçirilmişdir. Elmi seminarda kafedranın dosenti Rasim Köçəri oğlu Hüseynov “Nanohissəciklərin və nanoquruluşların canlı orqanizmə təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir. Dos. R.K.Hüseynov nanohissəciklər, nanoquruluşlar haqqında maraqlı məruzə ilə çıxış etmiş və əyani vasitələrdən istifadə etməklə müasir nanotexnologiyalar əsasında hazırlanmış nanomaterialları (nanokremlər, nanoköynəklər, nanosement və s.) göstərmiş, onların canlı orqanizmə müsbət və mənfi təsirindən danışmışdır.
Məruzə ətrafında kafedra müdiri dos.N.Quliyev, dos.S.Vəliyev., dos.E.Mövsümov., dos.R.İmanov., dos.Y.Namazov., b/m-F.Hacıyev çıxış etmişlər.
Elmi Seminarda 25 nəfər kafedra əməkdaşı və 5 nəfər dəvət olunan digər kafedraların əməkdaşları da iştirakl etmişlər.