Açıq dərs – 09.12.2025

09 dekabr 2025-ci il tarixində Fizika kafedrasının  baş müəllimi Abbasov Rəşad Akif oğlunun   II kurs Texnologiya müəllimliyi ixtisasında “Elektrotexnika” fənnindən  “Sabit cərəyan maşınları. Vəzifələri və tətbiqləri” mövzusunda açıq dərsi keçirildi.

Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekan müavini dos. Mətanət Tağıyeva., Fizika kafedrasının müdiri dos.Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən dos. Əliyev Sabir., dos.Niyazi Quliyev., f.f.d. b/m. Sevinc İmanova., b/m. İlhamə Mövsümova., b/m. Seyfəddin Musayev iştirak etmişdilər.

b/m. Rəşad Abbasov dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən  professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun  nəzəri  hissəsinin izahına başladı.  O, mövzunun  izahı zamanı tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman  onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs yüksək qiymətlə “qənaətbəxş” qiymətləndirildi.