

Təsviri İncəsənət kafedrasının baş müəllimləri Elnarə Qoşqarlı, Xəyalə Musayeva, Esmira Verdiyeva və tələbələrindən Əliyeva Aqilə tərəfindən hazırlanan “Retro Art – Köhnədən Yeniyə” adlı birgə layihə Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentinin 09.12.2025-ci il tarixində təşkil etdiyi “Yeni bir fikrim var – 2” müsabiqəsinin final mərhələsində iştirak edərək II yerə layiq görülmüşdür.
Bu uğur münasibətilə müəllim və tələbə heyətini təbrik edir, gələcək yaradıcılıq fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.