AÇIQ DƏRS- 16.12.2025

16 dekabr 2025-ci il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının müəllimi Ağayeva Nəzrin Sahib qızının  III kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Rəngkarlıq” fənnindən “Peşəsi müəyyənləşən fiqurun etüdü (A2 formatda kağız, quaş) Mərhələ: Rənglə işə başlanması”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini Mətanət Tağıyeva., Təsviri incəsənət kafedrasının müdiri, dos. Mərdan Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindən b/m. Emilya Həsənova., b/m. Səriyyə Kazımova, müəl. Aybəniz Məmmədova., müəl. Fatimə Vahidova iştirak edirdilər.

Təşkilati hissə normal idi. Müəllim keçmiş mövzu ilə yeni mövzu arasında sorğu vasitəsilə əlaqə yaratdı. Müasir kommunikasiya texnologiyalarından istifadə etdi. Müəllimin təcrübəsizliyi bir qədər özünü göstərdi.

Keçirilən açıq dərs qənaətbəxş hesab edildi.