





16 dekabr 2025-ci il tarixində Fizika kafedrasının dosenti Hüseynov Rasim Köçəri oğlunun IV kurs Fizika müəllimliyi ixtisasında “Fizikanın inkişaf tarixi” fənnindən “Müasir fizika. XX əsrin sonunda fiziki kəşflərin tarixi. Nanotexnologiya və nanomaterialların yaranması və inkişaf tarixi” mövzusunda açıq dərsi keçirildi.
Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekan müavini dos. Mətanət Tağıyeva., Fizika kafedrasının müdiri dos.Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən p.f.d. b/m. Samirə Rüstəmova., b/m. f.f.d. Aysel Həmzəyeva., müəl. Tünzalə Tahirova iştirak edirdilər.
Dos.Rasim Hüseynov dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı. O, mövzunun izahı zamanı tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.