





17 dekabr 2025-ci il tarixində Fizika kafedrasının müəllimi Dəmirova Əfsanə Yaqub qızının III kurs Fizika müəllimliyi ixtisasında “Elektron texnologiyalardan istifadənin əsasları” fənnindən “Fotodiodun tədqiqi” mövzusunda laboratoriya açıq dərsi keçirildi.
Dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos. Mətanət Tağıyeva., Fizika kafedrasının müdiri dos.Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən dos.Zakir Zeynalov., b/m. Seyfəddin Musayev iştirak edirdilər.
Müəllim Əfsanə Dəmirova dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı. Əvvəlki mövzu ətrafında tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə izah etdi.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.