






GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİNİN FİZİKA KAFEDRASINDA “FİZİKANIN AKTUAL PROBLEMLƏRİ” ÇƏRÇİVƏSİNDƏ ELMİ SEMİNAR KEÇİRİLMİŞDİR.
16 dekabr 2026-cı il tarixində Fizika kafedrasında “Fizikanın aktual problemləri” çərçivəsində mühüm bir elmi seminar təşkil edilmişdir. Seminarın əsas mövzusu “Elektromaqnit dalğalarının insan orqanizminə təsiri” kimi cəmiyyəti yaxından maraqlandıran bir problem olmuşdur.
Tədbirin açılışını Fizika kafedrasının müdiri, dosent Yəhya Namazov etmişdir. O, açılış nitqində elmin inkişafı ilə yanaşı, texnoloji yeniliklərin insan həyatına və sağlamlığına təsirinin öyrənilməsinin zəruriliyini vurğulayaraq, seminarı açıq elan etmişdir.
Seminarın əsas məruzəçisi dosent Rasim Hüseynov olmuşdur. O, hərtərəfli hazırlanmış təqdimatında müasir dövrdə mobil rabitə, Wi-Fi şəbəkələri, müxtəlif elektron cihazlar və sənaye qurğuları tərəfindən yayılan elektromaqnit şüalanmanın növlərini, intensivliyini, insan orqanizminə – xüsusilə mərkəzi sinir sisteminə, immun sisteminə və hüceyrə səviyyəsində potensial təsirlərini elmi cəhətdən izah etmişdir. Məruzədə beynəlxalq tədqiqatların nəticələrinə, müxtəlif ölkələrin təhlükəsizlik standartlarına və risklərin azaldılması üçün tövsiyələrə geniş yer verilmişdir.
Seminar universitetin müəllimlərinin, tədqiqatçılarının, magistrant və bakalavr tələbələrinin, eləcə də digər fakültələrin nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Məruzədən sonra müzakirə hissəsində dos N.Quliyev, dos. V.Rüstəmov,dos.R.İmanov və baş müəllim S.Musayev tərəfindən maraqlı suallar verilmiş, praktiki məsələlər və gələcək tədqiqat istiqamətləri müzakirə edilmişdir.
Bu tədbir Gəncə Dövlət Universitetində fundamental elmlərin aktual praktiki problemlərlə əlaqəsini gücləndirməkdə, elmi təfəkkürün və tələbələrin bilik həvəsinin inkişafına əhəmiyyətli töhfə verməkdədir.