


Gəncə Regional təhsil idarəsinin 7 saylı orta məktəbinin yuxarı sinif şagirdləri Gəncə Dövlət Universitetinin Təsviri incəsənət kafedrasında ekskursiyada olmuşlar. Şagirdlərə Universitet və ixtisas haqqında Fizika və texniki fənlər fakültəsinin dekanı prof. Muğan Quliyev, Təsviri incəsənət kafedrasının müdiri dos.Mərdan Məmmədov və Universitetin Təcrübə və karyerasının müdiri dos.Cabbar Qarayev məlumat vermişdir. Şagirdlər tədris laboratoriyaları və tələbələrin əl işləri ilə tanış oldular.
Şagirdlərlə 7 saylı məktəbin direktor müavini Könül Süleymanov , Uşaq Birliyi təşkilatının rəhbəri Şövkət Əliyeva və Texnologiya fənn birləşməsinin rəhbəri Xanım Əliyeva iştirak etmişdilər.