



10 fevral 2026-cı il tarixində “Ümumi texniki fənlər və texnologiya” kafedrasının növbəti iclası keçirilmişdir. İclasda kafedra müdiri, dosent Elçin Cavadov və kafedranın professor-müəllim heyəti iştirak etmiş, gündəlikdə duran məsələlər ətrafında geniş və əhatəli müzakirələr aparılmışdır.
İclasda 2025/2026-cı tədris ilinin qış imtahan sessiyasının nəticələri müzakirə olunmuşdur. Kafedra müdiri, dosent Elçin Cavadov çıxış edərək bildirmişdir ki, bakalavriat təhsil səviyyəsində imtahanlar yazılı, test və qabiliyyət üsulları ilə, magistratura təhsil səviyyəsində isə yazılı formada təşkil edilmişdir. Test imtahanları üçün kreditlərə uyğun olaraq geniş sual bazası hazırlanmış, yazılı imtahan sualları əvvəlcədən tələbələrə təqdim edilmişdir. İmtahan materiallarının keyfiyyətinin təmin edilməsi məqsədilə kafedra üzrə ekspert qrupları tərəfindən yoxlamalar aparılmış və sonda imtahan sessiyasının ümumilikdə qənaətbəxş nəticələrlə başa çatdığı vurğulanmışdır.
Daha sonra 2025/2026-cı tədris ilinin II yarısında kafedra tərəfindən tədris olunacaq fənlər üzrə fənn sillabusları müzakirə edilmiş, onların mövcud təhsil standartlarına uyğun hazırlandığı, fənlərin məqsəd və təlim nəticələrini əhatə etdiyi qeyd edilmişdir. Aparılan müzakirələrdən sonra fənn sillabuslarının təsdiq edilməsi məqsədəuyğun hesab edilmişdir.
Gündəliyin növbəti məsələsində kafedranın əməkdaşları tərəfindən hazırlanmış bakalavriat və magistratura təhsil səviyyələri üzrə fənn proqramları təqdim edilmiş və müzakirə olunmuşdur.
Magistratura təhsil səviyyəsinin
7001001 – “Pedaqogika” ixtisasının
“Texnologiyanın tədrisi” ixtisaslaşması üzrə
“STEAM təhsilinin metodiki əsasları”
Müəlliflər: dosent E.M.Cavadov, dosent E.K.Yaqubov
Rəyçilər: ADPU-nun “Fizikanın tədrisi texnologiyası” kafedrasının müdiri, dosent S.X.Cəlilova; Gəncə Dövlət Universitetinin “Fizika” kafedrasının professoru, riyaziyyat üzrə elmlər doktoru M.S.Quliyev
“Xidmət əməyinin tədrisi metodikası”
Müəlliflər: attestatsız dosent S.A.Tağıyeva, baş müəllim A.H.Əliyeva, attestatsız dosent B.S.Hacıyeva
Rəyçilər: ADPU-nun “Əməyin texnologiyası” kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru İsrail Musa oğlu Məmmədov; Gəncə Dövlət Universitetinin “Təhsilin pedaqogikası və metodikası” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Allahverdi İsgəndər oğlu Quliyev
“Müasir dövrün texnoloji avadanlıqları”
Müəlliflər: dosent M.T.Nağıyev, texnika üzrə fəlsəfə doktoru T.Z.Verdiyeva, müəllim İ.A.Seyidova
Rəyçilər: Azərbaycan Dövlət Aqrar Universitetinin “Energetika və elektrik mühəndisliyi” kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent F.M.Yusibov; Gəncə Dövlət Universitetinin “Fizika” kafedrasının professoru, riyaziyyat üzrə elmlər doktoru M.S.Quliyev
“Peşə təliminin innovativ metodları”
Müəlliflər: dosent G.R.Əhədova, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim G.Q.Hüseynova, müəllim E.E.Həsənova
Rəyçilər: ADPU-nun “Əməyin texnologiyası” kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru İsrail Musa oğlu Məmmədov; dosent E.M.Cavadov
Bakalavriat təhsil səviyyəsinin
050622 – “Maşın mühəndisliyi” ixtisası üzrə
“Emal üsulları və alətlər”
Müəlliflər: dosent E.M.Cavadov, dosent G.R.Əhədova, baş müəllim E.M.Məmmədov
Rəyçilər: Azərbaycan Dövlət Aqrar Universitetinin “Texniki mexanika və maşın mühəndisliyi” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Cəmaləddin Ələkbər oğlu Məmmədov; Gəncə Dövlət Universitetinin ÜTF və texnologiya kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Mahir Tahir oğlu Nağıyev
“Həyat fəaliyyətinin təhlükəsizliyi”
Müəlliflər: dosent E.M.Cavadov, müəllim S.Ş.Əhmədova
Rəyçilər: ADAU-nun “Həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru S.Ş.Vəliyev; Azərbaycan Texnologiya Universitetinin “Ətraf mühitin mühafizəsi” kafedrasının müdiri, professor E.Ə.Məmmədov
“Maşın hissələri və konstruksiyaetmənin əsasları”
Müəlliflər: dosent E.M.Cavadov, attestatsız dosent M.Ş.Sadıxova, baş müəllim E.M.Məmmədov
Rəyçilər: ADAU-nun “Texniki mexanika və maşın mühəndisliyi” kafedrasının müdiri, professor C.Ə.Məmmədov; Gəncə Dövlət Universitetinin ÜTF və texnologiya kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru M.T.Nağıyev
“Məişət xidmətinin maşın və avadanlıqları”
Müəlliflər: dosent E.M.Cavadov, dosent G.R.Əhədova, pedaqogika üzrə fəlsəfə doktoru G.Q.Hüseynova
Rəyçilər: ADAU-nun “Energetika və elektrik mühəndisliyi” kafedrasının müdiri, dosent F.M.Yusibov; Gəncə Dövlət Universitetinin “Fizika” kafedrasının professoru, riyaziyyat üzrə elmlər doktoru M.S.Quliyev
“Maşın və mexanizmlər nəzəriyyəsi”
Müəlliflər: dosent E.M.Cavadov, attestatsız dosent M.Ş.Sadıxova
Rəyçilər: ADAU-nun “Texniki mexanika və maşın mühəndisliyi” kafedrasının müdiri, professor C.Ə.Məmmədov; Gəncə Dövlət Universitetinin “Fizika” kafedrasının professoru, riyaziyyat üzrə elmlər doktoru M.S.Quliyev
“Nəzəri mexanika”
Müəlliflər: dosent E.M.Cavadov, attestatsız dosent M.Ş.Sadıxova
Rəyçilər: ADAU-nun “Texniki mexanika və maşın mühəndisliyi” kafedrasının müdiri, professor C.Ə.Məmmədov; Gəncə Dövlət Universitetinin “Fizika” kafedrasının professoru, riyaziyyat üzrə elmlər doktoru M.S.Quliyev
“Yükqaldırıcı və nəqledici maşınlar”
Müəlliflər: dosent E.M.Cavadov, baş müəllim E.C.Hüseynov, müəllim A.C.Məmmədzadə
Rəyçilər: ADAU-nun “Texniki mexanika və maşın mühəndisliyi” kafedrasının müdiri, professor C.Ə.Məmmədov; Gəncə Dövlət Universitetinin “Fizika” kafedrasının professoru, riyaziyyat üzrə elmlər doktoru M.S.Quliyev
“Metalkəsən dəzgah və alətlər”
Müəlliflər: dosent E.M.Cavadov, dosent G.R.Əhədova, attestatsız dosent S.A.Tağıyeva
Rəyçilər: Azərbaycan Dövlət Aqrar Universitetinin “Texniki mexanika və maşın mühəndisliyi” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Cəmaləddin Ələkbər oğlu Məmmədov; Gəncə Dövlət Universitetinin ÜTF və texnologiya kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Mahir Tahir oğlu Nağıyev
Təqdim olunmuş bütün fənn proqramları kafedra iclasında geniş şəkildə müzakirə olunmuş, onların məzmun və struktur baxımından mövcud təhsil standartlarına uyğun olduğu qeyd edilmişdir.
Müzakirə olunan məsələlər üzrə dosent E.K.Yaqubov, dosent C.İ.Qarayev, dosent M.T.Nağıyev, baş müəllim G.Q.Hüseynova, attestatsız dosent S.A.Tağıyeva, dosent G.R.Əhədova, baş müəllim A.H.Əliyeva və başqaları çıxış etmişdir. Müzakirələrin yekununda fənn proqramlarının nəşr olunmasının məqsədəuyğun hesab edilməsi və müvafiq sənədlərin Fakültə Elmi Şurasına təqdim olunması haqqında qərar qəbul edilmişdir.