





Gəncə Dövlət Universitetində Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş növbəti tədbir keçirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş nitqi ilə çıxış edərək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) əhəmiyyətindən danışıb. Bildirib ki, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən tədbirin (WUF13) 2026-cı ildə Bakıda keçirilməsinin qərara alınması Azərbaycana etimadın göstəricisidir. Belə miqyaslı BMT tədbirinin Azərbaycana həvalə olunması ölkənin qlobal urbanizasiya proseslərində etibarlı tərəfdaş, beynəlxalq dialoq üçün təhlükəsiz və əlverişli məkan, regional lider kimi qəbul edilməsinə xidmət edir.
Tədbirdə Fizika kafedrasının müdiri dos.Yəhya Namazov “Wuf 13 – təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri qururuq”, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri , dos.Allahverdi Quliyev “İşğaldan azad olunmuş torpaqlarda şəhərsalma”, kafedranın baş müəllimi p.f.d.Əsmər Şərifova “İşğaldan azad olunmuş Qarabağda kənd, qəsəbə və şəhərlərin yenidən qurulması prosesi”, ÜTF və texnologiya kafedrasının baş müəllimi Elçin Məmmədov , Təsviri incəsənət kafedrasının baş müəllimi Ruqiyyə Tağıyeva “İşğaldan azad olunmuş ərazilərdə memarlığın bərpası və son illər Gəncədə memarlıq mühiti”, məruzələrlə çıxış ediblər.
Tədbirdə Təsviri incəsənət kafedrasının baş müəllimi, p.f.d Tağıyeva Ruqiyyə Akif qızı “İşğaldan azad olunmuş ərazilərdə memarlığın bərpası və son illərdə Gəncə şəhərində memarlıq mühiti” mövzusunda çıxış etmişdir. Çıxışda işğaldan azad olunmuş ərazilərdə artıq bərpası tamamlanmış memarlıq abidələri və Gəncə şəhərində son illərdə memarlıq və şəhərsalma istiqamətində görülən işlər və binalar haqqında məlumat vermişdir. Müəllimin hazırladığı video slaydda mövzu ətraflı şəkildə əks olunmuşdur.