




27 FEVRAL 2026-CI İL TARİXİNDƏ GƏNCƏ DÖVLƏT UNIVERSİTETİNİNN FİZİKA KAFEDRASINDA “ALTERNATİV ENERJİ MƏNBƏLƏRİ (YAŞIL ENERJI) VƏ AZƏRBAYCANDA ONUN İNKİŞAF PERSPEKTİVLƏRİ” MÖVZUSUNDA ELMİ SEMINAR KEÇİRİLMİŞDİR
Fizika kafedrasında müasir dövrün ən aktual mövzularından biri olan “Alternativ enerji (Yaşıl enerji) mənbələri və onların Azərbaycanda inkişafı perspektivləri”nə həsr olunmuş elmi seminar keçirilmişdir. Seminarda Fizika və texniki fənlər fakultəsinin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor M.S. Quliyev, Fizika kafedrasının müdiri, tex.f.d., dosent Y.B.Namazov və kafedranın professor-müəllim heyəti, tədqiqatçılar və tələbələr iştirak edib.
Seminarı giriş sözü ilə açan Fizikavə texniki fənlər fakültəsinin dekanı, kafedrasının professor Muğan Quliyev Azərbaycanın enerji sahəsindəki strateji hədəflərinə diqqət çəkib.
Məruzə ilə çıxış edən dosent Yəhya Namazov, təqdimatında alternativ enerji qurğularının iş prinsiplərinin fiziki əsasları haqqında qısa məlumatlar verdi. O, qeyd etdi ki, ölkəmizin ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerjiyə keçid istiqamətində də mühüm addımlar atdığını vurğulayıb. Dosent Namazov, Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasına əsasən, 2026-cı ilədək alternativ enerji mənbələrinin istifadəsi payının 24 faizə, 2030-cu ilədək isə 30 faizə çatdırılması hədəflərini xatırladaraq, bu sahədə elmi-tədqiqat işlərinin və kadr hazırlığının əhəmiyyətini qeyd etdi, Azərbaycanın zəngin alternativ enerji potensialını ətraflı təhlil etdi. Dos, Y.B.Namazov respublikanın müxtəlif bölgələrində, xüsusilə Abşeron yarımadası və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin, həmçinin günəş enerjisi, hidroenergetika, geotermal enerji və bioqazın inkişaf perspektivlərindən danışıb . Məruzədə “yaşıl enerji” texnologiyalarının tətbiqi ilə bağlı dünya təcrübəsi, eləcə də bu sahədə qarşıya çıxan elmi-texniki çağırışlar və onların həlli yolları müzakirə edilib.
Seminar iştirakçıları mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir sual-cavab və müzakirələrlə davam etdirilib, alternativ enerji mənbələrinin tədqiqi və tətbiqi ilə bağlı gələcək elmi istiqamətlər müəyyənləşdirilib. Seminarda müzakirələrdə dos. R.İmanov, dos.E. İsmayılov, baş müəllim S. Musayev və fizika müəllimliyi ixtisasının II kurs tələbəsi Məmmədli Ülviyyə maraqlı fikirlər bildiriblər.