Fakültəmizin tələbələri üçün universitetin elektron kitabxanasının mövcudluğu və istifadə qaydaları ilə bağlı maarifləndirici təlim keçirilmişdir.

Fizika və texniki fənlər fakültəsinin tələbələri üçün universitetin elektron kitabxanasının mövcudluğu və istifadə qaydaları ilə bağlı maarifləndirici təlim keçirilmişdir. Təlim zamanı elektron kataloqdan istifadə, axtarış sistemi, açar sözlərlə mənbələrin tapılması, filtr tətbiqi və elektron resursların yüklənmə qaydası əyani şəkildə nümayiş etdirilmişdir. Tələbələrin sualları cavablandırılmış və elektron resurslardan səmərəli istifadə ilə bağlı tövsiyələr verilmişdir.