[metaslider id=1640]22 fevral 2017-ci il tarixində Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş tədbir keçirildi.
Tdbirdə fakültənin dekanı professor Muğan Quliyev, professor-müəllim, tədris-köməkçi heyəti və tələbələr iştirak edirdi. Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva tədbirə dəvət edilmişdi.
Xocalı soyqırımı insanlıq tarixində və insanlığa qarşı işlənmiş ən qəddar, amansız cinayətlərdən biridir. Erməni faşistləri uşaq, qadın və qocalara belə aman vermədilər. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri- insani cəza üsulları ilə bəşər tarixində bir vəşilik aktıdır. Bu soyqırım eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”
Hər il fevralın 26-da bütün Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.
Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Sonra fakültənin təsviri incəsənət kafedrasının müəllim və tələbələrinin Xocalı faciəsinə həsr olunmuş yeni işlədikləri rəsm əsərlərinin sərgisi keçirildi. Sərgidə 20-yə yaxın rəsm əsərləri nümayiş etdirildi.
Tədbirin rəsmi –bədii hissəsini fakültə dekanı professor M.Quliyev açdı, Xocalı faciəsi haqqında dəyərli və məzmunlu çıxış etdi.
Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent G.Fətəliyevaya söz verildi və onun da dərin məzmunlu, yüksək vətənpərvərlik ruhunda, analitik çixişi tədbir iştirakçiları tərəfindən diqqətlə dinlənildi.
Tədbirdə fakultə tələbələri Xocalı faciəsinə həsr olunmuş şerlər, o cümlədən öz yazdıqları şerləri yüksək səviyyədə ifa etdilər.
Tədbirdə çıxış edənlər çox böyük inamla onu ifadə etdilər ki, Azərbaycan xalqı və onun şanlı ordusu Ali Baş komandan, prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə bütün işğal olunmuş Azərbaycan torpaqlarını azad edəcəkdir. 2016-cı ilin Aprel döyüşləri bunu deməyə əsas verir.