[metaslider id=1641]
01 mart 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının dosenti Rizvan Məmmədəli oğlu İmanovun III kurs fizika müəllimliyi ixtisasında “Termodinamika və statistik fizika ” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Entropiya. Klauzius tənliyi. Tarazlıqlı halda dönər proseslər üçün termodinamikanın əsas tənliyinin nəticəsi” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev, Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov, kafedranın 10 nəfər professor – müəllim heyəti üzvləri iştirak etmişlər.
Dos.R.M.İmanov açıq dərsi müasir texniki və əyani vasitələrdən istifadə etməklə tələbələrə hərtərəfli izah etdi. Açıq dərsə əvvəlki mövzunun tələbələri cəlb etməklə təkrarı ilə başladı. Ümumiyyətlə, R.M.İmanov bütün dərs boyu tələbələri müəyyən sualların izahına cəlb edir və onlarda təfəkkürün inkişafına səy göstərirdi. Mövzu mürəkkəb olsa da tələbələrin həvəslə verilən suallara cavab verməyə çalışmaları, müəllimin qarşıya qoyduğu məqsədə nail olduğunu göstərirdi.
Dərsdən sonra tələbələrlə birlikdə açıq dərsin müzakirəsi keçirildi və açıq dərs 30 balla – “əla” qiymətləndirildi.