


5 mart 2026-cı il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının müəllimi Səfərova Anna Elxan qızının I kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Rəngkarlıq” fənnindən “Gips ornamentlə natürmort (işin bütövləşdirilməsi və tamamlanması)” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dosent Elxan İsmayılov., Təsviri incəsənət kafedrasının müdiri, dos. Mərdan Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindən b/m. Raziyyə Allahverdiyeva, b/m. Emilya Həsənova., b/m. Səriyyə Kazımova, müəl. Aybəniz Məmmədova iştirak edirdilər.
Təşkilati hissə normal idi. Müəllim keçmiş mövzuya aid sual cavab apardı. Yeni mövzunun izahında əyani vəsaitlərdən slaydlardan istifadə etmədi. Əyani vəsaiti yox idi. Kinoproyektor isə işləmirdi. Tələbələrin sərbəst işi zamanı fərdi yanaşmaya daha çox üstünlük verdi.
Qeyd edilən nöqsanlara baxmayaraq keçilən açıq dərs qənaətbəxş hesab edildi.