

4 mart 2026-cı il tarixdə Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasında növbəti Elmi Seminar keçirildi. Kafedranın dosenti Hüseynov Akif Əlirza oğlu “Universitetlərdə rəngkarlıq tədrisində rəng spektrının əhəmiyyəti” adlı mövzusu ilə çıxış etmişdir.
Elmi seminarda Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti iştirak edirdi. Akif Hüseynov müəllimlərin suallarına cavab verdi. Məruzə ətrafında kafedra müəllimləri öz fikirlərini bildirərək çıxılş etdilər.