







FİZİKA KAFEDRASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB
113 mart 2026-cı il tarixində Fizika kafedrasının növbəti iclası olmuşdur. İclasda kafedra müdiri, dosent Yəhya Namazov və kafedranın professor-müəllim heyəti iştirak etmiş, gündəlikdə duran “Azərbaycan müəllimi” qəzetinin 31 yanvar 2026– cı il tarixli, № 19 (10039) sayında dərc edilmiş elana əsasən Fizika kafedrasında boş olan 0,5 ştat baş müəllim yerini tutmaq üçün verilmiş ərizə, 2025-2026-cı tədris ilinin yaz semestrinin mart ayında keçirilən açıq dərslərin , GDU PHŞ-nin Fizika və texniki fənlər fakültəsində keçiriləcək “fizikanin aktual problemləri” mövzusunda respublika elmi konfransına hazırlıq vəziyyəti , Bakalavr təhsil pilləsində pedaqoji təcrübənin gedişi, Magistraturada elmi – pedaqoji təcrübənin yekunları və elmi – tədqiqat təcrübəsinin gedişi kimi məsələlər ətrafında geniş və əhatəli müzakirələr aparılmışdır.
İclasın gündəliyində olan əsas məsələlərdən biri verilmiş elana əsasən Fizika kafedrasında boş olan 0,5 ştat baş müəllim yerini tutmaq üçün verilmiş ərizənin geniş müzakirə edilmişdir. Kafedra müdiri dosş Y. Namazov iddiaçı, fizika kafedrasının 0,5 ştat müəllimi Kazımova Aygün İsgəndər qızı haqqında məlumat verdi. Kafedranın professor-müəllim heyəti A. Kazımova haqqında fikir bildirdilər, onun yüksək elmmetrik jurnallarda çap olunmuş məqalələri, müəllimlik fəaliyyəti, kollektivdə ünsiyyətindən danışdılar. A. Kazımovanın boş olan baş müəllim yerini tutmağa layiq olduğunu bildirdilər