




13 mart 2026-cı il tarixində Fizika kafedrasının dosenti İsgəndərova Səyyarə Paşa qızının III kurs Fizika müəllimliyi ixtisasında “Nüvə fizikası ” fənnindən “ATOM NÜVƏSİNİN MODELLƏRİ” mövzusunda açıq dərsi keçirildi.
Açıq Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekan müavini dos. Mətanət Tağıyeva ., Fizika kafedrasının müdiri dos.Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən f.f.d. b/m. Aysel Həmzəyeva iştirak etmişdilər.
dos. Səyyarə İsgəndərova dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı. O, mövzunun izahı zamanı tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.