








Fizika və Texniki fənlər fakültəsi və Pedaqoji fakültələrinin gənc fəal tələbələrinin iştirakı ilə Novruz bayramı münasibətilə bayram şənliyi keçirilmişdir.
Bədii – musiqili tədbirdə hər iki fakültənin professor – müəllim heyəti və hər iki fakültənin tələbələri iştirak edirdilər. Novruz Bayramının və yazın gəlişinin rəmzi olan səmənilər və şirniyyatla dolu olan novruz xonçası tədbirin keçirildiyi məkana xüsusi yaraşıq verirdi.
Tədbirdə prorektor dos.Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açdı və hörmətli rektor prof.Yusif Yusibovun adından qarşıdan gələn Bahar bayramı münasibəti ilə hər iki fakültənin müəllim və tələbə kollektivini təbrik etdi. Onlara şəxsi həyatlarında, işlərində və təhsillərində uğurlar arzuladı.
Novruz bayramına həsr edilmiş bədii – musiqili tədbirdə fakültənin dekanı professor Muğan Quliyev də professor – müəllim, tədris – köməkçi heyətini və bütün tələbələri bayram münasibəti ilə təbrik etdi. Onlara bütün işlərində uğurlar arzuladı.
Eyni zamanda tədbirdə CreArt rəsm kulubunun rəsm sərgisi olmuşdur, tələbələrimizin bir – birindən gözəl əl işləri sərgilənmişdir. Sonra isə konsert proqramı başlamış bir – birindən gözəl rəqslər, musiqilər və səhnələr tamaşa olunmuşdur. Tələbələr söylədikləri şeirlərlə, oxuduqları mahnılarla bayram tədbirini daha da şənləndirdilər. Bir–birindən maraqlı rəqslər və mahnılar tədbir iştirakçılarının alqışları ilə qarşılandı.
Ənənəvi olaraq hər il olduğu kimi Fakültəmizin dekanı prof. Muğan Quliyev yenə də kafedralara diqqətini əsirgəmədi və hər kəsi təbrik etdi. Təşəkkürümüzü bildiririk.
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!