





01 aprel 2026-cı il tarixində Fizika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Həmzəyeva Aysel Yunis qızının I kurs “Riyaziyyat və informatika müəllimliyi” ixtisasında “Ümumi fizika ” fənnindən “Bərk cisimlərin xüsusi istilik tutumunun kalorimetr vasitısilə təyini” mövzusunda açıq dərsi keçirildi.
Açıq Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekan müavini dos. Mətanət Tağıyeva ., Fizika kafedrasının müdiri dos.Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən f.f.d. b/m. Nuranə Verdiyeva., b/m.Aygün Kazımova., müəl. Əfsanə Dəmirova iştirak etmişdilər.
f.f.d. b/m. Aysel Həmzəyeva dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı. O, mövzunun izahı zamanı tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.