AÇIQ DƏRS – 06.04.2026

06  aprel  2026 – cı il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının müəllimi Həsənova Elgün Elbəy qızının  III kurs  Texnologiya müəllimliyi  ixtisasında  “Standartlaşdırmanın əsasları”  fənnindən laboratoriya açıq dərsi keçirilmişdir.

Açıq dərsin mövzusu laboratoriya  “Standartların işlənməsində texniki tapşırığın hazırlanması” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos. Mətanət Tağıyeva,  ÜTF və texnologiya kafedrasının  professor–müəllim  heyəti üzvlərindən: dos.Gülçimən Əhədova.,  dos.(attestatsız) Saidə Tağıyeva, müəl. Afət Məmmədzadə, müəl. İradə Seyidova   iştirak etmişdir.

müəl.E.Həsənova   açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs qənaətbəxş  qiymətləndirildi.