





06 aprel 2022 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/m. P.F.D Hüseynova Gülbəniz Qurban qızının II kurs Texnologiya müəllimliyi ixtisasında “Ağac məmulatlarının hazırlanması texnologiyası” fənnindən mühazirə açıq dərsi keçirilmişdir.
Açıq dərsin mövzusu “Oduncaq pəstahların dairəvi mişar dəzgahlarında emalı” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos. Elxan İsmayılov, ÜTF və texnologiya kafedrasının professor–müəllim heyəti üzvlərindən: b/m. t.f.d. Təranə Verdiyeva., b/m. Elçin Məmmədov iştirak etmişdir.
B/m. p.f.d. Gülbəniz Hüseynova açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs qənaətbəxş qiymətləndirildi.