AÇIQ DƏRS – 07.04.2026

07 aprel   2026 –cı il tarixdə “Təsviri incəsənət”  kafedrasının müəllimi Səfərova Anna Elxan  qızının   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən “Gips ornamentlə natürmort (işin bütövləşdirilməsi və tamamlanması)” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fakültə dekan müavini dos. Elxan İsmayılov., Təsviri incəsənət  kafedrasının müdiri, dos. M.M.Məmmədov və Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən b/müəl. Raziyyə Allahverdiyeva., b/m. Xəyalə Musayeva., b/m. Səriyyə Kazımova., müəl. Aybəniz Məmmədova iştirak  etdilər.

müəl. Anna Səfərova dərsə  yaxşı hazırlaşmışdı. Dərs prosesində  yeni mövzunun izahı zamanı əyanilik prinsipinə  və müasir kommunikasiya texnologiyalarından istifadə etdi.  

Açıq dərsin gedişi  tələbələr və müəllim heyəti tərəfindən “qənaətbəxş” qiymətləndirildi.