





07 aprel 2026-cı il tarixində Fizika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Verdiyeva Nuranə Əlişir qızının III kurs “Fizika müəllimliyi” ixtisasında “Məktəb fizika kursunun öyrənilməsində keyfiyyət metodları.” fənnindən “Fizikada paradokslara yeni yanaşma. Fiziki paradokslar” mövzusunda açıq dərsi keçirildi.
Açıq Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekan müavini dos. Mətanət Tağıyeva ., dekan müavini dos. Elxan İsmayılov., Fizika kafedrasının müdiri dos.Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən dos. Vaqif Rüstəmov., dos.Rizvan İmanov., dos.Əliyeva Sabir., p.f.d.b/m. Rüstəmova Samirə., b/m. İlhamə Mövsümova iştirak etmişdilər.
f.f.d. b/m. Nuranə Verdiyeva dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı. O, mövzunun izahı zamanı tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.