AÇIQ DƏRS- 14.04.2026

14 aprel 2026-cı il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının  müəllimi Mmmədova Aybəniz Əli qızının  II(1-2) kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Dekorativ tətbiqi sənət” fənnindən “Cavan qadın başının naturadan rəsmi ” (Mərhələ: işin tamamlanması)  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos. Elxan İsmayılov., Təsviri incəsənət kafedrasının müdiri, dos. Mərdan Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindən b/m. Qoşqarlı Elnarə, b/müəl. Həsənova Emilya iştirak edirdilər.

Dərsin təşkilati hissəsi normal idi. Auditoriyada kinoproyektorun işlənməsi dərsin keyfiyyətinə təsir etdi. Keçmiş mövzuya aid apardığı sual – cavab qısa oldu. Yeni mövzunun izahı zəif idi. Böyük güzəştlə müəllimin dərsini qənaətbəxş hesab etmək olar.

Ümumilikdə dərs qənaətbəxş hesab edildi.