


10 aprel 2026-cı il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının baş müəllimi Musayeva Xəyalə Eyvaz qızının III kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Dekorativ tətbiqi sənət” fənnindən “Təcrübi iş 6. Ornament kompozisiyası. Ev əşyası olan mücrünün hazırlanması və üstünün bəzədilməsi” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos. Mətanət Tağıyeva., Təsviri incəsənət kafedrasının müdiri, dos. Mərdan Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindən b/m. Raziyyə Allahverdiyeva, müəl. Aybəniz Məmmədova ., müəl. N.Ağayeva iştirak edirdilər.
Dərs normal təşkil olunmuşdu. Müəllim dərsi müasir tələblərə uyğun keçirdi. Dərsin təşkilati hissəsi normal idi. Müəllim yeni mövzunun izahı zamanı həm kağızvariantından, həm də elektron formada yeni slaydlarla dərsin geniş izahını verdi.
Dərs dinlənilənlər tərəfindən yüksək qiymətləndirilərək qənaətbəxş hesab edildi.