SORĞUYA START VERİRİK! Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?

Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?

SORĞUYA START VERİRİK!

AzEdu Təhsil Portalı ali təhsil müəssisələrində tələbə-rəhbərlik münasibətlərini ön plana çıxarmaq məqsədilə yeni sorğuya start verir.

“Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?” adlı sorğu universitet rəhbərlərinin tələbələrlə ünsiyyət, qayğı və dəstək səviyyəsini qiymətləndirməyə yönəlib.

Sorğunun məqsədi tələbələrin gündəlik təhsil həyatında qarşılaşdıqları məsələlərdə rəhbərliyin rolunu önə çıxarmaq, tələbəyönümlü idarəetmə nümunələrini müəyyənləşdirmək və bu sahədə müsbət təcrübələri təşviq etməkdir.

Bu təşəbbüs həm də ali təhsil müəssisələrində daha açıq və effektiv kommunikasiya mühitinin formalaşmasına töhfə verməyi hədəfləyir.

Sorğuda əsas iştirakçı qrupunu tələbələr təşkil etsə də, təhsil ictimaiyyətinin digər üzvləri – müəllimlər, məzunlar və adıçəkilən ali məktəblərin digər əməkdaşları da səsvermədə iştirak edə bilərlər. 

Sorğuda iştirak etmək istəyən oxucular AzEdu.az Təhsil Portalının əsas səhifəsinə daxil olub (kompüterdə sağ alt küncdə, mobil cihazlarda isə saytın aşağı hissəsində yerləşən sorğu panelində) müvafiq suala cavab verərək “Səs ver” düyməsini sıxa bilərlər.

CAVABLAR

Bakı Dövlət Universiteti – Elçin Babayev

Azərbaycan Dövlət İqtisad Universiteti – Ədalət Muradov

Bakı Mühəndislik Universiteti – Yaqub Piriyev

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – Rüfət Əzizov

Bakı Ali Neft Məktəbi – Elmar Qasımov

Azərbaycan Tibb Universiteti – Gəray Gəraybəyli

Azərbaycan Memarlıq və İnşaat Universiteti – Gülçöhrə Məmmədova

Azərbaycan Dillər Universiteti – Kamal Abdulla

Azərbaycan Dövlət Pedaqoji Universiteti – Cəfər Cəfərov

Azərbaycan Texniki Universiteti – Vilayət Vəliyev

Azərbaycan Turizm və Menecment Universiteti – İlham Mədətov

Bakı Slavyan Universiteti – Anar Nağıyev

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – Ceyran Mahmudova

Sumqayıt Dövlət Universiteti – Əminağa Sadıqov

Azərbaycan İlahiyyat İnstitutu – Aqil Şirinov

Qarabağ Universiteti – Şahin Bayramov

Mingəçevir Dövlət Universiteti – Anar Eminov

Azərbaycan Dövlət Aqrar Universiteti – Zəfər Qurbanov

Gəncə Dövlət Universiteti – Yusif Yusibov

Naxçıvan Dövlət Universiteti – Elbrus İsayev

Azərbaycan Texnologiya Universiteti – Yaşar Ömərov

Lənkəran Dövlət Universiteti – Natiq İbrahimov

Dövlət Gömrük Komitəsinin Akademiyası – Qulu Novruzov

Azərbaycan İdman Akademiyası – Fuad Hacıyev

Dövlət İdarəçilik Akademiyası – Urxan Ələkbərov

Azərbaycan Universiteti – Səadət Əliyeva

Xəzər Universiteti – İradə Xəlilova

Bakı Biznes Universiteti – İbad Abbasov

Bakı Avrasiya Universiteti – Səyavuş Qasımov

Qərbi Kaspi Universiteti – Hüseyn Bağırov

Azərbaycan Kooperasiya Universiteti – Eldar Quliyev

Odlar Yurdu Universiteti – Əhməd Vəliyev

Qeyd edək ki, sorğuda rektorları sosial şəbəkədə aktiv olan rektorlar iştirak edir.

Qeyd edək ki, səsvermə 2026-cı il 26 aprel tarixindən 4 may saat 23:59-dək davam edəcək.