Təsviri incəsənət kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Cahangirova Lalə tərəfindən 28 nömrəli tam orta məktəbdə “Qarabağın tarixi memarlıq abidələri” mövzusunda ustad dərsi keçirilmişdir.

21.04.2026-cı il tarixində GDU-nun Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Cahangirova Lalə tərəfindən 28 nömrəli tam orta məktəbdə “Qarabağın tarixi memarlıq abidələri” mövzusunda ustad dərsi keçirilmişdir.

Dərsdə “Təcrübə və karyera” şöbəsinin müdiri Cabbar Qarayev, kafedra müdiri dosent Mərdan Məmmədov, kafedranın professor-müəllim heyəti və məktəbin fənn müəllimləri iştirak etmişdir.
Mövzunun aktuallığı ondan ibarətdir ki, Qarabağın zəngin tarixi-mədəni irsinin, memarlıq abidələrinin öyrənilməsi şagirdlərdə həm milli-mənəvi dəyərlərə bağlılığı gücləndirir, həm də onların tarixə və incəsənətə marağını artırır. Ustad dərsi zamanı təqdim olunan materiallar, vizual nümunələr və izahlar şagirdlər tərəfindən böyük maraqla qarşılanmış, mövzu ətrafında fəal müzakirələr aparılmışdır.