



21 aprel 2026 – cı il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının dos. Əhədova Gülçimən Rasim qızının II kurs Texnologiya müəllimliyi ixtisasında “Materialların kəsilməsi, dəzgah və alətlər” fənnindən mühazirə açıq dərsi keçirilmişdir.
Açıq dərsin mövzusu “Dartma əməliyyatı, dəzgah və alətlər” olmuşdur.
Açıq dərsdə GDU-rektorunun səlahiyyətli nümayəndəsi dos.Cəfər İbrahimov., Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos. Elxan İsmayılov, dekan müavini, dos.Mətanət Tağıyeva., ÜTF və texnologiya kafedrasının müdiri, dos.Elçin Cavadov., professor–müəllim heyəti üzvlərindən: dos.(attestatsız) Mətanət Sadıxova., dos.(attestatsız) Bahar Hacıyeva., dos.(atestatsız) Saidə Tağıyeva., müəl.Samirə Əhmədova iştirak etmişdir.
dos. Gülçimən Əhədova açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs qənaətbəxş qiymətləndirildi.