AÇIQ DƏRS-22 APREL 2026

22  aprel  2026 – cı il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının baş müəllimi Hüseynov Elbrus Cəlal oğlunun  I kurs  Texnologiya müəllimliyi  ixtisasında  “Nəqliyyat vasitələrinin istismarı xüsusiyyətləri və yol hərəkətinin təşkilir”  fənnindən mühazirə açıq dərsi keçirilmişdir.

Açıq dərsin mövzusu  “Avtomobillərin təmiri və təmir keryfiyyətləri” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos. Elxan İsmayılov, “ÜTF və texnologiya” kafedrasının professor–müəllim  heyəti üzvlərindən:  dos.(attestatsız) Mətanət Sadıxova., dos.(attestatsız) Bahar Hacıyeva iştirak etmişdir.

b/m.Elbrus Hüseynov açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs qənaətbəxş  qiymətləndirildi.