




22 aprel 2026-cı il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının müəllimİ Məmmədova Ayşə Elxan qızının I(1-2) kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Heykəltaraşlıq” fənnindən “Klassik gips nümunələrindən burunun yapılması (burunda ayrı- ayrı detalların işlənməsi)” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos. Mətanət Tağıyeva., Təsviri incəsənət kafedrasının müdiri, dos. Mərdan Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindən b/m. Raziyyə Allahverdiyeva., b/müəl. Həsənova Emilya., b/m.p.f.d.Ruqiyyə Tağıyeva., b/m. Xəyalə Kazımova., müəl.Anna Səfərova., müəl.Nəzrin Ağayeva iştirak edirdilər.
Müəllim dərsə yaxşı hazırlaşmışdı. Dərs normal təşkil olunmuşdu. Mövzuya uyğun əyani vəsait və video rolik hazırlamışdı. Dərsin mövzusuna uyğun olaraq nümunələrdən istifadə etdi. Demək olar ki, müəllim qarşısına qoyduğu məqsədinə nail oldu. Açıq dərs tələbələrin həm nəzəri, həm də praktik biliklərinin inkişafına müsbət təsir göstərmişdir.
Yekun olaraq müəllimin keçdiyi acıq dərs yüksək qiymətlə qənaətbəxş hesab edildi.