





29 aprel 2026-cı il tarixində Fizika kafedrasının baş müəllimi Abbasov Rəşad Akif oğlunun III kurs “Fizika müəllimliyi” ixtisasında “Yarımkeçirici materiallar texnologiyası ” fənnindən “Dielektrik nüfuzluğu, dielektrik iti bucağı tangensinin və xüsusi müqaviməti təyini” mövzusunda laboratoriya məşğələsi açıq dərsi keçirildi.
Açıq Dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.Cəfər İbrahimov., Fizika və texniki fənlrər fakültəsinin dekan müavini Mətanət Tağıyeva., Fizika kafedrasının müdiri dos.Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən dos.Rizvan İmanov., dos.Sabir Əliyev., b/m. f.f.d. Nuranə Verdiyeva., b/m. t.f.d. Südabə Məmmədova., müəl. Tünzalə Tahirova iştirak etmişdilər.
b/m. Rəşad Abbasov dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı. O, mövzunun izahı zamanı tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.