ULU ÖNDƏR H.Əliyevin 103 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Fizika və Texniki fənlər və Pedaqoji fakültələrinin gənc fəal tələbələrinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 103 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, Fizika və Texniki fənlər fakültəsinin dekanı, professor Muğan Quliyev, Fizika kafedrasının müdiri, dosent Yahya Namazov və Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova çıxış etmiş və Heydər Əliyev haqqında tədbir iştirakçılarına məlumatlar vermişlər. Heydər Əliyevin yaradıcılığ həyatı haqqında videoçarx nümayiş etdirilib. Daha sonra hər iki fakültənin tələbələri tərəfindən şeirlər və mahnılar səsləndirilmişdir.