AÇIQ DƏRS – 06.05.2026

6 may 2026-cı il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının  baş müəllimİ Həsənova Emilya Mamed qızının  II(1-2) kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Rəngkarlıq” fənnindən “Əllər daxil olmaqla qurşağa qədər portret etüdü”   mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos. Elxan İsmayılov., Təsviri incəsənət kafedrasının müdiri, dos. Mərdan Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindəndos. Akif Hüseynov., müəl.. Ayşə Məmmədova., müəl.Anna Səfərova., müəl.Nəzrin Ağayeva iştirak edirdilər.

Müəllim dərsə yaxşı hazırlaşmışdı. Dərs normal təşkil olunmuşdu. Təşkilati hissə müasir tələblərə uyğun idi. Müəllimə slaydlardan eyni zamanda kağız formasında əyani vəsait nümunələrindən istifadə etdi. Demək olar ki, müəllimin tələbələrə qarşılıqlı ünsiyyəti yaxşı idi.

Yekun olaraq müəllimin keçdiyi acıq dərs qənaətbəxş hesab edildi.