15.XII.2015 – ci il tarixində ÜTF və texnologiya kafedrasının başmüəllimi Təranə Zakir qızı Verdiyevanın Texnologiya müəllimliyi ixtisasının I qrupunda “Qrafika” (Mühəndis qrafikası) fənnindən açıq dərsi keçirildi.
Dərsin mövzusu “Kinematik sxemlər” idi.
Açıq dərsdə kafedra müdiri dos.M.T.Nağıyev, kafedranın professor – müəllim heyəti – dosent M.Q.Yusifov, Psixologiya kafedrasının dosenti Tahir Ələkbərov və ÜTF və texnologiya kafedrasının laboratoriya müdiri Aytəkin Quliyeva iştirak etmişlər.
İlk növbədə müəllim keçmiş mövzu haqqında tələbələrə Eskiz nədir? Yığma çertyojlar və onun tərkibi hissələr necə göstərilir? Və s. suallar verərək yeni mövzuya keçid etdi. Mövzu ilə bağlı plakatlardan və slaytfdan istifadə edərək Kinematik sxemlər, sxemlərin çertyojda düzgün yerləşdirilməsi haqda geniş məlumat verdi.
Sonra yeni mövzuya aid sorğu apardı.
Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən “yaxşı” qiymətləndirildi