Elgün Elbəy qızı Həsənova- müəllim
Həsənova Elgün Elbəy qızı
03.10.1994-cü ildə Gürcüstan Respublikası Qardabani rayonunda anadan olmuşdur. 2002-ci ildə Qardabani rayon 3 saylı məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2005-ci ildə ailəlikcə Azərbaycan Respublikasının Tovuz rayonuna köçmüş və təhsilini Tovuz rayonu Çobansıxnaq kənd orta məktəbində davam etdirmişdir. 2013-cü ildə həmin məktəbi bitirmiş və elə həmin il Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər fakultəsinin “Texnologiya müəllimliyi” ixtisasına qəbul olunmuşdur. 2017-ci ildə həmin ixtisası bitirmiş və Gəncə Dövlət Universitetinin Magistratura şöbəsinin “Texnologiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisasına qəbul olunmuşdur.2019-cu ildə magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirmiş və Gəncə Dövlət Universitetinin “ÜTF və texnologiya” kafedrasında tədris ustası vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin sentyabrından”ÜTF və texnologiya” kafedrasında müəllim işləyir.