


14 may 2026 – cı il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllimi Verdiyeva Təranə Zahid qızının II kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Perspektiva” fənnindən mühazirə açıq dərsi keçirilmişdir.
Açıq dərsin mövzusu “Kölgənin və əksetdirmə perspektivinin qurulması” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos. Elxan İsmayılov, “ÜTF və texnologiya” kafedrasının professor–müəllim heyəti üzvlərindən: b/m. Afət Əliyeva., müəl. İradə Seyidova., müəl. Samirə Əhmədova iştirak etmişdilər.
Dərs normal təşkil olunmuşdu. Təşkilati hissə müasir tələblərə uyğun idi. B/m.Təranə Verdiyeva açıq dərsin gedişində slaydlardan, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs qənaətbəxş qiymətləndirildi.