TƏHSİL PROQRAMININ İLLİK ÖZÜNÜQİYMƏTLƏNDİRMƏSİ ÇƏRÇİVƏSİNDƏ AKADEMIK MÜTƏXƏSSİSLƏRDƏN İBARƏT KOMİSSİYA TƏRƏFİNDƏN FİZİKA MÜƏLLİMLİYİ İXTİSASI ÜZRƏ DƏRS MÜŞAHİDƏLƏRİ YEKUNLAŞMIŞDIR

Gəncə Dövlət Universitetinin Fizika kafedrasında “6001005 – Fizika müəllimliyi” təhsil proqramının illik özünüqiymətləndirməsi çərçivəsində Məlumat toplama və təhlili mərhələsində  akademik mütəxəssislərdən ibarət komissiya tərəfindən dərs müşahidələri aparılmışdır.

“6001005 Fizika müəllimliyi” Təhsil Proqramının 2025-2026-cı tədris ilinin  illik özünüqiymətləndirmə komissiyasının üzvləri  Fizika kafedrasının dosenti N.İ.Quliyev, f.f.dok, fizika kafedrasının baş müəllimi S.R.İmanova, ped.f.dok, fizika kafedrasının  baş müəllimi S.K.Rüstəmova və Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dosent A.İ.Quliyev müxtəlif qruplarda beş dərsin müşahidələrini  aparmışlar. Onlardan “6001005 – Fizika müəllimliyi” ixtisasının I kursunda “Fizikada əsas anlayışlar və onların tədrisi” fənni üzrə (fənn müəllimi baş müəllim İlhamə Mövsümova) , “6001005 – Fizika müəllimliyi” ixtisasının III kursunda “Bioloji sistemlər fizikası”  fənni (lab. məşğələsi) ( fənn müəllim Dəmirova Əfsan və  “6001005 – Fizika müəllimliyi” ixtisasının III kursunda “Orta məktəbdə fizikanın tədrisinin metodoloji əsasları” fənni üzrə ( fənn müəllimi t.f.d., baş müəllim Məmmədova Südabə) dərslər geniş müzakirə olunmuşdur.

Müşahidələr zamanı müəllimlərin fənnin əsas anlayışlarına yüksək dərəcədə hakim olması, tələbə mərkəzli yanaşmanın tətbiqi, fizikanın gündəlik həyatla əlaqələndirilməsi kimi müsbət cəhətlər qeydə alınmışdır. Eyni zamanda komissiya tərəfindən interaktiv simulyasiyalardan daha geniş istifadə, differensial tapşırıqların tətbiqi və əyani vəsaitlərin artırılması istiqamətində tövsiyələr verilmişdir.

Komissiyanın rəyinə əsasən, dərslər təhsil proqramının tələblərinə cavab verən qənaətbəxş səviyyədə qiymətləndirilmişdir. Yekun protokollar  illik özünüqiymətləndirmə hesabatının “Məlumat toplama və təhlil” mərhələsinə daxil edilmişdir. Tövsiyələrə əsasən, gələcək dərslərdə interaktiv və laboratoriya elementlərinin gücləndirilməsi, həmçinin tələbələrin bilik səviyyəsinin yoxlanılması üçün qısa testlərin hazırlanması nəzərdə tutulmuşdur.

Bu tədbir təhsil proqramlarının davamlı keyfiyyət təminatı sisteminin mühüm tərkib hissəsi olaraq, tədrisin təkmilləşdirilməsi və akademik standartların yüksəldilməsinə xidmət edir.