













Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Fizikanın müasir çağırışları” adlı Respublika elmi konfrans keçirilib.
Gəncə Dövlət Universitetinin II tədris korpusunda Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.
Elmi konfransda Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Elm və Təhsil Nazirliynin Fizika İnstitutunun əməkdaşlarından Abdullayeva İlahə Adil qızı(fiz.üzrə fəlsəfə doktoru), Haxıyeva Raisə Rafət qızı (fiz.üzrə fəlsəfə doktoru), Əliyeva Xədicə Fuad qızı – (doktorant), Məmmədzadə Aidə Mayıl qızı (doktorant ), Fizka kafedarsının, ÜTF və texnologiya kafedrasının müəlliləri, “Yarımkeçiricilər fizikası”, ”Yarımkeçirici cihazlar və texnologiyalar” və “Fizikanın tədrisi” ixtisaslaşmaları üzrə magistr tələbələri iştirak ediblər.
Elmi konfrans kondensə olunmuş maddə fizikasi, fizikanin tədrisi və tətbiqi və materialşünasliq və onun tətbiqi elmi kimi istiqamətlərdə olunub. Mövzu ilə bağlı 70-dən çox məqalə kitab halında nəşr olunub.
Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə giriş sözü ilə çıxış edərək müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb. O, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin yaranması, respublikamızın nail olduğu yüksək iqtisadi inkişaf, o cümlədən, energetika və elektron sənayesinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O da qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Hazırda ölkəmizdə bütün sahələrdə olduğu kimi enrgetika, elektronika və alternativ enerji mənbələrinin inkişafına böyük önəm verilir.
Fizika və texniki fənlər fakültəsinin dekanı professor Muğan Quliyev çıxış edərək “Fizikanın müasir çağırışları” adlı respublika konfransın əhəmiyyətindən danışıb, elmi konfransların respublikanın alimləri arasında əməkdaşlığın genişlənməsinə, innovativ tədqiqatların təşviqinə və gənc tədqiqatçıların elmi fəaliyyətə marağının artırılmasına mühüm töhfə verəcəyini bildirib.
Fizika kafedrasının müdiri dosent Yəhya Namazov “Fizikanın müasir çağırışları” adlı respublika konfransının əhəmiyyətindən danışıb, müasir dövrdə fizika elmi qarşısında duran aktual məsələlərdən, birgə tədqiqat imkanlarının formalaşmasına səmərə verəcəyini vurğulayıb, gənc tədqiqatçıların elmə marağının artırılması vacibliyini diqqətə çatdırıb.
Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov belə elmi tədbirlərin ali təhsil müəssisələri arasında əlaqələrin daha da möhkəmlənməsinə və gənc tədqiqatçıların elmi fəaliyyətə marağının artırılmasına mühüm töhfə verəcəyini bildirib.
Konfrans 3 bölmə iclası ilə davam edib.