27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Gəncə Dövlət Universitetinin rəhbərliyi və tələbələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ətraf mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə verilib.