02 OKTYABR 2026-cı il tarixdə Fizika və texniki fakültəsində Eduman layihəsinə təhkim olunmus fakültə admini İsgəndərova Əntiqə Həsən qızı tərəfindən fakültənin tələbələrinə layihəyə həsr olunmus təlim keçirilmişdir .
Təlim zamanı tələbələrə sistemə daxil olmaq, şəxsi kabinetdən istifadə etmək, dərs cədvəlləri və tədrislə bağlı məlumatları izləmək, eləcə də platformanın digər funksiyalarından yararlanmaq barədə izahat verilib. Tələbələrin sualları cavablandırılıb və onlara sistemdən düzgün və səmərəli istifadə ilə bağlı müvafiq tövsiyələr verilib.
Təlimdə tələbələrə EDUMAN layihəsi haqqında geniş məlumat catdirıldı. Tələbələri maraqlandiran suallara ətrafli cavab verildi.