

20 oktyabr 2026-cı il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının müəllimi Nəzrin Ağayevanın III kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “RƏSM” fənnindən “İfadəli əl hərəkəti olan çılpaq gips fiqurun rəsmi. Mərhələ: işıq mənbəyinin təsirinin verilməsi” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dosent Mətanət Tağıyeva., Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən prof. Şaiq Məmmədov., p.f.d. Lalə Cahangirova., p.f.d. Ruqiyyə Tağıyeva., baş müəllim Raziyyə Allahverdiyeva., b/m. Elnarə Qoşqarlı, baş müəllim Səriyyə Kazımova., baş müəllim Xəyalə Kazımova., müəllim Ayşə Məmmədova iştirak edirdilər.
Müəllimə Nəzrin Ağayeva dərsə yaxşı hazırlaşmışdı. Sinfi yaxşı təşkil etmişdi. Əyanilik prinsipinə geniş yol vermişdi. Mövzunu nəzəri cəhətdən düzgün izah etdi. Tələbələrin sərbəst işlərinə düzgün nəzarət etdi. Müəllim dərsin gedişində qarşıya qoyduğu hər istiqamətdə məqsədinə nail oldu.
Yekun olaraq müəllimin keçdiyi acıq dərs qənaətbəxş hesab edildi.